Touzda bıçaqlanma hadisəsi baş verib.
KONKRET.az xəbər verir ki, hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alınıb. Kənd sakini, 1988-ci il təvəllüdlü Namiq İsmayılov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
O, əməliyyat edilib. Məlumata görə, N.İsmayılovu həyat yoldaşı bıçaqlayıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.