“Namiq Məna meyxana üçün heç nə etməyib”backend

“Namiq Məna meyxana üçün heç nə etməyib”

Meyxanaçı Vüqar Əbdülov həmkarları ilə bağlı qalmaqallı açıqlama verib.

KONKRET.az bizimmedia-ya istinadən xəbər verir ki, bu barədə o, “Rəngarəng”də danışıb.

Əbdülov deyib ki, meyxanada heç bir həmkarı onun qədər iş görməyib:

“Meyxanada heç kim mən gördüyüm işləri görməyib. Namiq Qaraçuxurlu istedadlıdır, amma meyxana ilə bağlı bir kaseti var. Namiq Məna da meyxana üçün heç nə etməyib. Baxmayaraq ki, indi Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsinin sədridir.

Mənim 20 meyxanam var, onları öz pulumla ərsəyə gətirmişəm ki, sənət üçün qalsın”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*