Narinanın ETİRAFLARI – İtaliyalı əri ona nələr dedi? – VİDEObackend

Narinanın ETİRAFLARI - İtaliyalı əri ona nələr dedi? - VİDEO

Həyat yoldaşı italiyalı olan Narina adlı erməni qadın jurnalistlə söhbətində bəzi maraqlı məqamlara toxunub.

KONKRET.az xəbər verir ki, italyan əri ona erməni şovinizminin təhlükələrindən danışıb.

Klaudio adlı italiyalı erməni həyat yoldaşına deyib ki, bu sözləri deməklə onu incitmək istəmir, sadəcə gözlərini açmaq niyyətindədir. “Siz amerikalılarla, yaxud avropalılarla danışanda nədənsə “zəngin və qədim” tarixinizi əsas gətirirsiniz. Sən heç görmüsən ki, hansısa italiyalı kiməsə yardım üçün müraciət edəndə desin ki, bunu ona görə edirik ki, bizim Leonardo Do Vinçimiz var. Sən heç təsəvvür edirsənmi bu, necə səslənir? İndi siz kimdənsə kömək istəyəndə deyirsiniz ki, bəs biz eramızdan əvvəl 31-ci ildə ilk dəfə olaraq xristianlığı qəbul etmişik, bizə kömək edin. Ərimin hər sözü həqiqət olduğu üçün ürəyə bıçaq kimi saplanır”.

Jurnalist isə Narinanın sözünə qüvvət vermək üçün deyib ki, “Mən də hələ elə bir italiyalı tanımıram ki, Qədim və böyük Roma İmperiyasından danışsın.

Narina jurnalistin sözünü təsdiq edərək vurğulayıb ki, mən ərimə Roma İmperiyasını xatırladanda o qayıdıb ki, “bax, erməni xisləti burdan başlayır” (gülür).

Daha ətraflı videoda:

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*