Narkoloji dispanserdə 44 yaşlı kişi BIÇAQLANDIbackend

Narkoloji dispanserdə 44 yaşlı kişi BIÇAQLANDI

Bakıda 44 yaşlı kişi bıçaqlanıb.

KONKRET.az-ın xəbərinə görə, hadisə aprelin 18-də paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən Respublika Narkoloji dispanserin mətbəx otağında qeydə alınıb.

Belə ki, orada nahar edərkən, məhkəmə qərarları əsasında məcburi müalicə alan 1986-cı il təvəllüdlü Əzizov Seymur Bəxtiyar oğlu heç bir əsaslı səbəb olmadan 1979-cu il təvəllüdlü Məhərrəmov Əziz Fərzulla oğluna arxa tərəfdən yaxınlaşaraq qəflətən qarın, qol və ayaq nahiyələrindən bıçaq xəsarəti yetirib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*