Narkotik maddə qəbul edən sürücülər saxlanılıb – REYD – VİDEObackend

Narkotik maddə qəbul edən sürücülər saxlanıldı - VİDEO

Baş Dövlət Yol Polis idarəsinin Yol Patrul Xidmətinin əməkdaşları Bakı-Şamaxı, Bakı-Quba yolunun müxtəlif hissələrində reydlər keçirib.

KONKRET.az xəbər verir ki, reyd zamanı sərxoş və psixotrop maddələrdən istifadə edən sürücülər aşkarlanıb. Onlar barəsində qanuni tədbirlər görülüb. Məlum olub ki, 142 nömrəli marşurut xətti üzrə hərəkət edən avtomobilin sürücüsü Allahverdi Əbülfət oğlu Bədəlov və 90 SG 510 nömrəli yük maşının sürücüsü Rövşən Oqtay oğlu Eybalıyev psixotrop maddə qəbul edərək sükan arxasına əyləşiblər.

Reyd zamanı Pandemiya qaydalarına riayət etməyən ictimai nəqliyyat sürücüləri barəsində də tədbirlər görülüb.

Sükan arxasında təhlükəsizlik kəmərindən istifadə etməyən, sənədləri qaydasında olmayan, avtomobilə əlavə avadanlıqlar quraşdıran sürücülər barəsində də inzibati xətalar məcəlləsinin müvafiq maddələri ilə tədbirlər görülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*