Narkotik maddənin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan “Prius” sürücüsü saxlanıldı – FOTObackend

Narkotik maddənin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan "Prius” sürücüsü saxlanıldı - FOTO

77-HA-612 nişanlı “Toyota Prius” sürücüsü Ağayev Rza Samir oğlu ardıcıl qayda pozuntuları etdiyi üçün Suraxanı Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Sənədləri yoxlanılarkən sürücülük vəsiqəsi və sahiblik hüquququnun olmaması müəyyən edilib. Şübhəli və adekvat olmayan hərəkətləri nəticəsində müayinə ilə şəxsin kəskin şəkildə narkotik maddənin təsiri altında olduğu və belə vəziyyətdə taksi fəaliyyəti ilə məşğul olduğu sübuta yetirilib. Toplanmış material Suraxanı Rayon Məhkəməsinə təqdim edilib. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə şəxs barəsində 20 sutka həbs qərarı qəbul edib.

KONKRET.az xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən məlumat verilib.

Məlumatda bildirilib ki, 1999-cu il təvəllüdlü Xəzər rayon sakini R.Ağayev özünü əvvəlcə qazi kimi təqdim edib, sonradan onun müharibə iştirakçısı olmadığı da aşkarlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*