Narkotikə görə həbs edilən şəxsə bəraət verildibackend

Narkotikə görə həbs edilən şəxsə bəraət verildi

Azərbaycanda qanunsuz olaraq narkotik vasitələri saxlamaqda təqsirləndirilən Elyar Osmanova bəraət verilib.

KONKRET.az xəbər verir ki, bəraət hökmü Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, E.Osmanov ötən ilin noyabrında Binəqədi polisinin keçirdiyi əməliyyat zamanı saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*