NASA-dan QORXULU AÇIQLAMA: Avropa və Yaxın Şərq yanır – FOTObackend

NASA-dan QORXULU AÇIQLAMA: Avropa və Yaxın Şərq yanır - FOTO

Amerika Aeronavtika və Kosmos İdarəsi (NASA) Türkiyədəki meşə yanğınlarının peyk şəkillərini paylaşıb.

KONKRET.az xəbər verir ki, fotolar nəzarətə alınmağa çalışılan yanğınların nə qədər güclü olduğunu göstərir.

Kosmik agentlik iyulun 31-də dünyada cərəyan edən hadisələri müşahidə etmək üçün orbitdə olan “Landsat 8” peykindən Antalyada baş verən yanğınların fotoşəkillərini paylaşıb.

Qurum Türkiyədə bir həftə ərzində 130 meşə yanğınının olduğunu və bunun son illərin ən böyük yanğını hesab edildiyini bildirib.

Avropa və Yaxın Şərqin yandığına diqqət çəkən NASA, Yunanıstanda da güclü yanğınların başladığını qeyd edib.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*