NATO Azərbaycan və Ermənistan səfərinin yekunlarına dair MƏLUMAT YAYDIbackend

NATO Azərbaycan və Ermənistan səfərinin yekunlarına dair MƏLUMAT YAYDI

NATO Azərbaycan və Ermənistanla siyasi dialoqu gücləndirir.

KONKRET.az xəbər verir ki, bu barədə NATO-nun rəsmi saytında məlumat verilib.

Belə ki, saytda alyansın baş katibi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolominanın Azərbaycan və Ermənistana səfərinin yekunlarına dair məlumat yerləşdirilib.

Məlumata görə, səfər Kolominanın NATO-nun bu iki mühüm tərəfdaş ölkəsində müntəzəm siyasi məsləhətləşmələrin bir hissəsi olub.

Kolomina səfəri zamanı NATO-nun Azərbaycan və Ermənistanla əməkdaşlığını, eləcə də hər iki ölkənin Avro-Atlantik təhlükəsizliyə töhfəsini müzakirə edib. O, regional sabitliyin dəstəklənməsində Avropa İttifaqının rolunu alqışlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*