“Rusiya Ukrayna üzrə danışıqlardan yenidən silahlanma üçün istifadə edə bilər”.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə NATO baş katibinin müavini Mirça Coana bildirib.
“Rusiyaya etibar etmək olmaz. Onlar nəhayət sülhdən danışmağa başlasalar belə, bu, sülhdən deyil, yenidən silahlanma və sonradan geri qayıtmaq üçün olacaq”, – o, Britaniyanın LBC radiostansiyasına müsahibəsində deyib.
Coana bildirib ki, Ukrayna Rusiya ilə danışıqlara başlamaq qərarını müstəqil şəkildə verəcək. Onun sözlərinə görə, Moskvanın Ukraynada qələbəsi Rusiya hakimiyyətini daha da güclənməsinə və iştahının artmasına sövq edə bilər.
Qeyd edək ki, Rusiyada kifayət qədər həkim yoxdur: xəstəxanalar isə yaralılarla doldudur. Bölgələrdə işləyən həkimlərin maaşları azdır.
Yeri gəlmişkən, Rusiya prezidenti Vladimir Putin ölkəsinin NATO ilə mübarizə aparacağı ilə bağlı deyilənləri cəfəngiyyat adlandırmışdı. Onun sözlərinə görə, Moskvanın heç bir aqressiv niyyəti yoxdur. O, həmçinin Polşa və Baltikyanı ölkələrə hücum ehtimalı ilə bağlı bəyanatları cəfəngiyyat adlandırıb. Rusiya lideri vurğulayıb ki, Rusiyanın Ukraynadan sonra Avropa ilə vuruşacağına dair bəyanatlar tamamilə yalandır. Bununla Qərb dünyanı “Rusiya təhlükəsi” ilə qorxudur.
Rusiya lideri dəfələrlə vurğulayıb ki, Rusiya Avropa və ya NATO ilə döyüşmək, onların daxili işlərinə qarışmaq niyyətində deyil. Rusiya lideri qeyd edib ki, Rusiya Federasiyası Avropa ilə yaxşı münasibətlər qurmaq üçün əlindən gələni edib, lakin Qərb ukraynalı neonasistlərə arxalanmağa qərar verib və Moskvaya bu məsələdə uğur qazanmaq şansı qoymayıb.