“NATO cəsarətli olsaydı, Putini yenidən küncə sıxa bilərdi” – SENSASİON YAZIbackend

“NATO cəsarətli olsaydı, Putini yenidən küncə sıxa bilərdi” - SENSASİON YAZI

The Guardian nəşrində dərc olunan məqalədə politoloq və icmalçı Saymon Tisdall Ukraynanın məğlubiyyətinin artıq hipotetik deyil, reallığa çevrildiyini bildirib.

KONKRET.az xəbər verir ki, onun sözlərinə görə, Ukrayna ordusu döyüşməyə davam etsə də, yorğunluq, resurs çatışmazlığı və Qərbdən gələn dəstəyin zəifləməsi fonunda getdikcə daha da çətin vəziyyətə düşür. Tisdall xəbərdarlıq edib ki, bu proses Əfqanıstan və İraqdakı uğursuzluqlara bərabər strateji fəlakətə gətirib çıxara bilər.

O qeyd edib ki, Rusiya hazırda Şimali Koreya, İran və Çinlə əməkdaşlığı gücləndirir, əksinə, Ukraynaya yardımlar isə tədricən azalır. Müəllif Donald Trampın qeyri-müəyyən və dəyişkən mövqeyini də təhlükəli amil kimi qiymətləndirib.

Tisdall NATO-nun daha qətiyyətli addımlar atmalı olduğunu vurğulayıb:

“Əgər NATO kifayət qədər cəsarət göstərsəydi, Putini yenidən küncə sıxışdıra bilərdi.”

O, eyni zamanda alyansı Ukrayna səmasını qorumağa çağırıb.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*