NATO-nu istəmirik deyə, silahlana bilmərik? – Prezidentbackend

NATO-nu istəmirik deyə, silahlana bilmərik? - Prezident

Serbiyanın mövqeyi NATO üzvlüyündən imtina və öz güclü ordusunu yaratmaqdan ibarətdir.

KONKRET.az xəbər verir ki, bu sözləri Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.

Jurnalistin “NATO üzvlüyü almaq mümkündürsə, nə üçün Serbiya silahlanır” sualına Vuçiç “Biz NATO-ya daxil olmayacağıq” cavabını verib.

“Onlar NATO-dadır deyə, silahlanmağa icazə verilir, biz isə azad, neytral dövlət – silahlana bilmərik? Bəyənmədiyiniz nədir? Biz yalnız müdafiə xarakterli silahlar alırıq, hücum deyil… Belqrad Serbiya əhalisinə qarşı bir daha hərbi əməliyyata icazə verməyəcək”, – deyə Vuçiç bildirib./axar.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*