NATO-nun İraqdakı hərbçilərinin sayı yalnız bu halda artırıla bilərbackend

NATO-nun İraqdakı hərbçilərinin sayı yalnız bu halda artırıla bilər

İraqda NATO qüvvələrinin artırılması yalnız rəsmi Bağdadın istəyi əsasında həyata keçirilə bilər.

KONKRET.az-ın “TASS”a istinadən verdiyi məlumata görə, bunu NATO-nun İraqdakı missiyasının komandanı danimarkalı general Per Olsen deyib.

P.Olsen bildirib: “NATO missiyası İraq səlahiyyətlilərinin istəyi ilə İraqdadır və ölkədəki vəzifələrinin genişləndirilməsi yalnız bu ölkənin hökumətinin istəyi ilə həyata keçirilə bilər”.

Xatırladaq ki, fevralın 18-i NATO ölkələrinin müdafiə nazirləri alyansın İqardakı hərbçilərinin sayının artırılması barədə qərar qəbul etmişdilər. Qərara əsasən, İraqdakı missiyanın sayı 500 nəfərdən 4 min nəfərə qədər artırılmalıdır. Hərbçilərin sayının artırılması bir neçə ay ərzində mərhələli şəkildə həyata keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*