Şimali Atlantika Alyansının yeni baş katibi Mark Rutte ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Trampın seçkilərdə qələbə qazanacağı təqdirdə Ukraynanı dəstəkləməkdən imtina etməsindən narahat olmadığını bildirib.
KONKRET.az Reuters agentliyinə istinadən xəbər verir ki, NATO baş katibi Trampın qələbə qazanacağı təqdirdə Ukraynaya dəstəyin dayana biləcəyindən narahat deyil: “Trampın mümkün prezidentliyi ilə bağlı narahatlığı dayandırın. Qarşıdan gələn seçkilərdə kimin qalib gələcəyini heç kim bilmir”. O, bildirib ki, ABŞ-da Kiyevə yardımı davam etdirmək üçün ikitərəfli konsensus var.
Vəli Həsənoğlu,
KONKRET.az