“NATO Rusiyadan qorxmayacaq” – Baş Katibbackend

"NATO Rusiyadan qorxmayacaq" - Baş katib

“NATO Rusiyanın təhdidlərindən qorxmayacaq”.

KONKRET.az xəbər verir ki, bunu alyansın baş katibi Mark Rutte deyib.

Rutte bildirib ki, təşkilat Rusiya ilə müharibədə Ukraynaya dəstəklərini davam etdirəcəklər:

“Alyans Rusiyanın məqsədinə çatmaması üçün Ukraynaya bütün dəstəyi göstərəcək”.

Rutte qeyd edib ki, Rusiyanın hədə-qorxusunun onlara heç bir təsiri olmayacaq.

Xatırladaq ki, bəzi Avropa dövlətləri Ukraynanı dəstəkləməkdən yorulduqlarını müxtəlif kanallar vasitəsilə rəsmi Kiyevə çatdırıblar.

Məlik,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*