NATO Rusiyaya görə Gürcüstana XƏBƏRDARLIQ ETDİbackend

NATO Rusiyaya görə Gürcüstana XƏBƏRDARLIQ ETDİ

NATO Gürcüstanın Rusiyaya qarşı sanksiyalara əməl edəcəyini gözləyir.

KONKRET.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq illik Brüssel Forumunda müzakirələr zamanı deyib.

O bildirib ki, Şimali Atlantika Alyansı Gürcüstandan Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibə aparmaq imkanlarını məhdudlaşdıran beynəlxalq sanksiyalara əməl edəcəyini gözləyir.

“Gürcüstanın hamımızın inandığı demokratik dəyərləri rəhbər tutması vacibdir. Biz NATO üzvü olmayan ölkələrin Rusiyanın Ukraynaya qarşı işğalçılıq müharibəsini maliyyələşdirməsini və təşkilini çətinləşdirən sanksiyalara əməl etmələrini gözləyirik”, – Stoltenberq bildirib.

Stoltenberq qeyd edib ki, Alyans uzun illərdir Gürcüstanı dəstəkləyir. Çünki Rusiyanın qonşularına qarşı aqressiv davranış tendensiyası məhz Gürcüstanda özünü hələ 2008-ci ildə, Rusiya qoşunları bu ölkəyə daxil olanda və onun ərazilərinin bir hissəsini ələ keçirəndə özünü göstərib.

Stoltenberq bildirib ki, Gürcüstan kimi ölkələr Rusiyanın təcavüzünə müqavimət göstərməyə çalışır. Məhz buna görə də NATO-nun Madrid sammitində bu ölkələrə yardımın artırılması qərara alınıb və Gürcüstan buna ən bariz nümunədir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*