NATO şərqdə sədd qurur: Rusiya təhlükəsinə qarşı yeni PRO planıbackend

NATO şərqdə sədd qurur: Rusiya təhlükəsinə qarşı yeni PRO planı

NATO Şərq cinahında hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi imkanlarını nəzərdən keçirir. Bu barədə Bloomberg agentliyi məlumat yayıb.

KONKRET.az xəbər verir ki, Alyans mövcud raket əleyhinə müdafiə sistemlərini digər hava hücumundan müdafiə (PRO) qurğuları ilə inteqrasiya etməyi müzakirə edir. Məqsəd, əsasən Rusiyadan gələn potensial təhlükələrə qarşı birgə və effektiv cavab mexanizmi formalaşdırmaqdır.

Qeyd edilir ki, bu təşəbbüs NATO-nun Şərq sərhədlərinin möhkəmləndirilməsi üzrə daha geniş strategiyasının bir hissəsidir. Lakin bəzi üzv ölkələr bu addımların Ukraynada sülh səylərinə necə təsir edəcəyi və ABŞ tərəfindən dəstəklənib-dəstəklənməyəcəyi ilə bağlı suallar qaldırır.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*