Navalnı hökmü ilə bağlı: “Məni yox, sizi qorxutmaq istəyirlər”backend

Navalnı hökmü ilə bağlı: “Məni yox, sizi qorxutmaq istəyirlər

Rusiyalı siyasətçi Aleksey Navalnı “ekstremizm” işi üzrə aldığı hökmü şərh edib.

KONKRET.az xəbər verir ki, müxalifətçinin açıqlaması sosial şəbəkələrdə yayımlanıb.

“19 il xüsusi rejimli koloniyada. Mən çox yaxşı başa düşürəm ki, bir çox siyasi məhbuslar kimi mən də ömürlük həbs cəzası çəkirəm.  Məni yox, sizi qorxutmaq, müqavimət göstərmək iradəsindən məhrum etmək istəyirlər. Sizi Rusiyanı hakimiyyəti zəbt etmiş satqın, oğru, əclaf dəstəsinə döyüşmədən təslim etməyə məcbur edirlər. Putin öz məqsədinə çatmamalıdır. Müqavimət göstərmək iradənizi itirməyin”, – deyə Navalnı bildirib.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*