Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin bəzi fərmanları ləğv edilib.
KONKRET.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Republikası Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov fərman imzalayıb.
Fərmana əsasən, “Naxçıvan” Beynəlxalq Hava Limanı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2021-ci il 30 iyun tarixli, “Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2021-ci il 24 dekabr tarixli, “Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2021-ci il 24 dekabr tarixli, Naxçıvan Muxtar Respublikası Xarici Kəşfiyyat Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2021-ci il 24 dekabr tarixli, “Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun prokurorluq işçiləri olmayan hərbi qulluqçularının aylıq pul təminatının artırılması haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2022-ci il 09 fevral tarixli, “Uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması və hüquqlarının müdafiəsinin gücləndirilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2022-ci il 17 fevral tarixli və “Naxçıvan Muxtar Respublikasında dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin fəaliyyətinin tənzimlənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2023-cü il 11 may tarixli fərmanları ləğv edilib.
