Naxçıvan iqtisadiyyatı 2,6 % böyüyübbackend

Naxçıvan iqtisadiyyatı 2,6 % böyüyüb

Bu ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar Respublikasında 2 milyard 446 milyon 943,5 min manatlıq ümumi daxili məhsul istehsal olunub.

KONKRET.az-ın yerli Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, 2021-ci ilin müvafiq dövründəki göstəricidən 2,6 % çoxdur.

Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,4 % artaraq 5 min 272,4 manat olub.

Xatırladaq ki, 2022-ci ilin yanvar-oktyabr aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 111 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,2 % çox ümumi daxili məhsul istehsal edilib. Bu dövrdə iqtisadiyyatın neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər 2,4 % azalıb, qeyri neft-qaz sektorunda isə 9,7 % artıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*