Naxçıvanda 31°-dək isti olub – FAKTİKİ HAVAbackend

Naxçıvanda 31°-dək isti olub - FAKTİKİ HAVA

Ölkə ərazisində müşahidə edilən faktiki hava açıqlanıb.

Milli Hidometeorologiya Xidmətindən KONKRET.az-a verilən məlumata görə, mayın 18-i axşam saatlarından bəzi yerlərdə yağan yağış 19-u gecə saatlarından tədricən kəsilib.

Düşən yağıntının miqdarı: Qax, Şahdağ, Ordubad, Gədəbəy, Naftalan, Balakən, Oğuz, Şəki, Tovuz, Daşkəsən, Gəncə, Şəmkir, Tərtər, Zərdab, İsmayıllı, Mingəçevir, Yardımlı, Astarada 3.0 mm-dək, Bakıda və Abşeron yarımadasında 0.0 mm olub.

Duman: Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Balakən, Biləsuvar, Lerikdə müşahidə olunub.

Havanın temperaturu: Mayın 18-də havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 21-26° isti, Naxçıvanda 31°-dək isti, dağlıq rayonlarda 9-15° isti, aran rayonlarında 22-26° isti olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*