Naxçıvanda avtomobil yoldan çıxaraq aşıb, yaralılar varbackend

Naxçıvanda avtomobil yoldan çıxaraq aşıb, yaralılar var

Naxçıvanda ağır yol qəzası baş verib.

KONKRET.az Report-a istinadən xəbər verir ki, hadisə Naxçıvan-Ordubad magistralının Babək rayonu Nehrəm qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, 75-CB-211 dövlət nömrə nişanlı “KİA” markalı avtomobil yoldan çıxaraq aşıb.

Qəzada 1998-ci il təvəllüdlü Qələndərov Azər Asəf oğlu və onun sərnişini, 2003-cü il təvəllüdlü Əliyeva Sevinc Hüseyn qızı xəsarət alıblar.

Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriblər. Hadisə yerinə polis əməkdaşları cəlb olunub, fakt araşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*