Naxçıvandan Türkiyəyə narkotik keçirmək istədi – Cinayət işi açıldıbackend

Naxçıvandan Türkiyəyə narkotik keçirmək istədi - Cinayət işi açıldı

Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə Türkiyəyə gedən həmin ölkənin vətəndaşının idarə etdiyi 34DZ1302/34EHJ815 dövlət nömrə nişanlı “DAF” markalı nəqliyyat vasitəsinə Şahtaxtı gömrük-sərhəd buraxılış məntəqəsində gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən KONKRET.az-a verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq çənində, xüsusi olaraq hazırlanmış gizli saxlanc yerində 191 litrə qədər maye halında psixotrop maddə – metamfetamin aşkarlanıb.

Faktla bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq bölməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206-cı maddəsi ilə (qaçaqmalçılıq) cinayət işi açılıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*