Naxçıvan şəhərinin bir hissəsinə içməli suyun verilişi dayandırılacaq.
KONKRET.az report-a istinadən xəbər verir ki, şəhərin Əliqulu Qəmküsar küçəsi, həmçinin Babək məhəlləsini içməli su ilə təmin edən magistral xətdə baş verən qəza ilə bağlı su təminatında bu gün saat 10:00-dan 17:00-dək fasilə yaranacaq.
İşlər bitdikdən sonra suyun əvvəlki rejimlə verilməsi təmin ediləcək.