Naxçıvanın fövqəladə hallar naziri işdən çıxarıldıbackend

Naxçıvanın fövqəladə hallar naziri işdən çıxarıldı

Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri işdən çıxarılıb.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, general-leytenant Şamı Abdullayev vəzifəsindən azad olunub.

Onun yerinə polkovnik Şahin Mirzəyev  təyin edilib.

Naxçıvan fövqəladə hallar nazirinin dəyişməsi ilə əlaqədar fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov bu gün Naxçıvana səfər edib.

Nazir kadr dəyişikliyi ilə əlaqədar toplantı keçirib, yeni naziri təqdim edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*