Mayın 29-da Moskvada Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevlə Rusiya Prezidenti Vladimir Putin arasında təkbətək özəl görüş olub, çünki onları çoxillik dostluq bağlayır.
KONKRET.az xəbər verir ki, bu barədə respublikanın birinci prezidentinin mətbuat katibi Aidos Ukibay deyib.
“Nursultan Nazarbayevin Moskvaya səfəri şəxsi, qeyri-rəsmi xarakter daşıyırdı. Onun və Vladimir Putinin dövlət səlahiyyətlərinə malik olub-olmamasından asılı olmayaraq, uzun müddətdir davam edən dostluq münasibətləri var”, – o bildirib.