Nazarbayevin mum heykəli muzeydən çıxarıldıbackend

Nazarbayevin mum heykəli muzeydən çıxarıldı

Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayevin mum fiquru Astanadakı Respublika Silahlı Qüvvələrinin Dövlət Hərbi Tarixi Muzeyinin sərgisindən çıxarılıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Nazarbayevin heykəli muzeyin fonduna göndərilib. Onun əvəzinə muzeyə ölkənin ilk müdafiə naziri, ordu generalı Saqadat Nurmaqambetovun fiquru qoyulub.

Qeyd edək ki, Nazarbayevin mum fiquru 2018-ci ildə Silahlı Qüvvələr Muzeyinə qoyulub. Heykəli hyperrealist-rəssam Aidos Yesmaqambetov hazırlayıb.

Nazarbayev 1989-cu ildən 2019-cu ilin martına qədər Qazaxıstanın prezidenti olub, 2010-cu ildən isə Elbası (millətin lideri) statusu daşıyıb.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*