Timur Kulibayev yenidən Beynəlxalq Olimpiya Komitəsinin Komissiyasına üzv seçilib
KONKRET.az xəbər verir ki, Qazaxıstan Respublikası Milli Olimpiya Komitəsinin prezidenti Timur Kulibayev yenidən Beynəlxalq Olimpiya Komitəsinin “Olimpizm 365” komissiyasının üzvü təyin edilib.
“Bu il üçün BOK komissiyalarının tərkibini nəzərdən keçirdik. Onların sədrləri ilə məsləhətləşərək, böyük məmnuniyyətlə sizi BOK-un “Olimpizm 365” Komissiyasının üzvü təyin edirəm. İşə verdiyiniz dəyərli töhfəyə görə sizə təşəkkür edirik”, – deyə BOK-un sədri Tomas Bax məktubunda bildirib.
Qeyd edək ki, Timur Kulibayev 2022-ci ildən təşkilatın “Olimpizm 365” Komissiyasının üzvüdür.
Natiq Səlim,
KONKRET.az