Nazir aparat rəhbəri vəzifəsini ona həvalə etdibackend

Nazir aparat rəhbəri vəzifəsini ona həvalə etdi

Müdafiə Sənayesi Nazirliyinin Aparat rəhbəri vəzifəsinin icrası Samir Ağabalayevə həvalə edilib.

KONKRET.az xəbər verir ki, İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı müdafiə sənayesi naziri Vüqar Mustafayev müvafiq əmr imzalayıb.

S.Ağabalayev uzun müddətdir nazirliyin aparatında çalışır. Nazirin müvafiq əmri ilə Aparat rəhbəri vəzifəsini icra etmək müvəqqəti olaraq S.Ağabalayevə tapşırılıb.

Xatırladaq ki, 2019-2023-cü illərdə Müdafiə Sənayesi Nazirliyinin Aparat rəhbəri Zaur Əliyev olub. O, ötən ilin sonlarında vəzifəsindən azad edilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin ötən il noyabrın 18-də imzaladığı Sərəncamı ilə Vüqar Mustafayev müdafiə sənayesi naziri təyin olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*