Nazir Azad Rəhimov vəfat edib? – RƏSMİ AÇIQLAMA – YENİLƏNİBbackend

Nazir Azad Rəhimov vəfat edib? - RƏSMİ AÇIQLAMA - YENİLƏNİB

ABŞ-da müalicə alan gənclər və idman naziri Azad Rəhimovun vəfat etməsi ilə bağlı xəbər yayılıb.

KONKRET.az xəbər verir ki, qafqazinfo məlumatı dəqiqləşdirmək üçün nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova ilə əlaqə saxlayıb.

O bildirib ki, nazirin vəfat etdiyi ilə bağlı xəbərlər həqiqəti əks etdirmir. Lakin hazırda A. Rəhimovun vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, Azad Rəhimov ABŞ-da ağciyər xərçəngi və qaraciyər serrozundan müalicə olunur. Nazir yanvar ayında müalicə olunmaq üçün ABŞ-a yollanıb. O, 8 aydır ki, səlahiyyətlərini yerinə yetirə bilmir.

***

13:36
Xəbər verdiyimiz kimi, Gənclər və İdman Naziri Azad Rəhimov ABŞ-da müalicə olunurdu.

KONKRET.az unikal.org-a istinadən xəbər verir ki, nazir müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, nazir Azad Rəhimov ağciyər xərçəngi və qaraciyər serrozundan əziyyət çəkirdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*