Nazir Azərbaycan-ABŞ İqtisadi Əməkdaşlıq Komissiyasının iclasının tarixini AÇIQLADIbackend

Nazir Azərbaycan-ABŞ İqtisadi Əməkdaşlıq Komissiyasının iclasının tarixini AÇIQLADI

“Azərbaycanla ABŞ arasında diplomatik münasibətlərinin qurulmasının 30-cu ildönümünü qeyd edirik. İki ölkə arasındakı münasibətlər bərabərhüquqlu tərəfdaşlığa əsaslanır və bu ölkələr bir çox sahədə, o cümlədən terrorizmə qarşı mübarizədə əməkdaşlıq edir”. 

KONKRET.az oxu.az-a istinadən xəbər verir ki, bunu Bakıda ABŞ-ın Müstəqillik Günü ilə bağlı keçirilən tədbirdə maliyyə naziri Samir Şərifov deyib.

O bildirib ki, Azərbaycan ABŞ-ın enerji təhlükəsizliyi ilə bağlı mövqeyini yüksək qiymətləndirir.

Nazir qeyd edib ki, bu ilin noyabrında Vaşinqtonda keçiriləcək Azərbaycan-ABŞ İqtisadi Əməkdaşlıq Komissiyasının iclasına hazırlıq işləri görülür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*