Nazir: “Ermənilərin Xudavəng monastırından 8 əsrlik freskaları qaşıyıb aparmaları cinayətdir”backend

Nazir: “Ermənilərin Xudavəng monastırından 8 əsrlik freskaları qaşıyıb aparmaları cinayətdir”

“Şübhəsiz bu, böyük cinayətdir, biz bunu dəfələrlə həm UNESCO, həm də digər beynəlxalq təşkilatlar səviyyəsində bəyan etmişik”.

KONKRET.az-ın məlumatına görə, jurnalistlərin Xudavəng monastırından 8 əsrlik freskaları qaşıyıb aparmaları ilə bağlı sualına cavabında Mədəniyyət naziri Anar Kərimov deyib.

O bildirib ki, ermənilərin bu addımı vandallıqdır və UNESCO-nun 1970-ci il konvensiyasına ziddir: “Biz bunu qətiyyətlə pisləyirik və bununla bağlı işlərimizi qətiyyətlə davam etdirəcəyik. UNESCO-ya bu haqda bildirib və bu hadisəyə UNESCO tərəfindən hüquqi qiymət verilməsinə çalışacağıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*