Nazir müavini Türkiyədəki yanğınla bağlı son vəziyyəti AÇIQLADIbackend

Nazir müavini Türkiyədəki yanğınla bağlı son vəziyyəti AÇIQLADI

“Azərbaycan Prezidenti cənab Ali Baş Komandan İlham Əliyevin tapşırığı əsasında Türkiyədə baş vermiş güclü yanğınlarla mübarizədə Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Türkiyəyə yola salınıb”.

KONKRET.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev deyib.

“Bildiyiniz kimi, dünən bizim birinci dəstəmiz Türkiyəyə yola salınıb. Hazırda onlar Marmarisdən 11 km aralıda yanğına qarşı mübarizə aparırlar. Bu gün aldığımız məlumata görə, yanğın davam edir, bizim əməkdaşlar yerli əməkdaşlarla birlikdə koordinasiya şəklində yanğını söndürməyə çalışırlar” – deyə nazir müavini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*