Nazir müavini xəstəxanalıq oldu – qabırğası çatlayıbbackend

Nazir müavini xəstəxanalıq oldu - qabırğası çatlayıb

Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov xəsarət alıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Report”a nazirliyin mətbuat katibi Səmayə Məmmədova bildirib. Onun sözlərinə görə, hadisə İsmayılov işdən çıxarkən baş verib. Məmmədova bildirib ki, nazirlik rəsmisi ayağının burxulması nəticəsində yıxılıb: “İsmayıl müəllimin qabırğası çatlayıb. Ona ilkin həkim müdaxiləsi olub”.

Artıq İsmayılovun xəstəxanadan evə buraxıldığını deyən mətbuat katibi onun müalicəsini ev şəraitində davam etdirdiyini diqqətə çatdırıb: “Ağır heç nə yoxdur, qısa zamanda işə çıxacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*