Yeni yaradılan Quba-Xaçmaz Regional Təhsil İdarəsinə müdir təyin olunub.
KONKRET.az-ın məlumata görə, bununla bağlı təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Əmrə əsasən, sözügedən vəzifəyə Rüfət Hacıyev təyinat alıb.
Qeyd edək ki, R.Hacıyev bu təyinatadək Quba Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışıb.