Nazir polkovnik-leytenantı yeni vəzifəyə TƏYİN ETDİbackend

Nazir polkovnik-leytenantı yeni vəzifəyə TƏYİN ETDİ

Daxili işlər orqanlarında yeni təyinat olub.

KONKRET.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı İrza Nağıyev Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini vəzifəsindən azad edilib.

O, Gəncə Beynəlxalq Hava Limanında Xətt Polis Şöbəsinin rəisi təyin olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*