Nazir vəfat edən rəisin yerinə Heydərovu təyin etdi – FOTObackend

Nazir vəfat edən rəisin yerinə Heydərovu təyin etdi - FOTO

Fövqəladə Hallar Naziri, general-polkovnik Kəmaləddin Heydərov Binəqədi rayon Dövlət Yanğından Mühafizə Hissəsinə rəis təyin edib.

KONKRET.az xəbər verir ki, qaynarinfo-nun məlumatına görə, K.Heydərovun müvafiq əmri ilə bu vəzifəyə FHN-nin daxili xidmət polkovnik-leytenantı Bəradə Heydərov əvvəlcə rəis əvəzi, daha sonra isə rəis olaraq təsdiqlənib.

B.Heydərov bundan əvvəl Binəqədi rayon Yanğından Mühafizə Hissəsinin 2 saylı Yanğından Mühafizə bölməsinin rəisi olub.

Qeyd edək ki, Binəqədi rayonu üzrə Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi, daxili xidmət polkovniki Kamil Şərbətov bu ilin yanvarında koronavirusdan dünyasını dəyişib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*