Nazir Xalq artistinin qızını işdən çıxardıbackend

Nazir Xalq artistinin qızını işdən çıxardı

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin Tibb Mərkəzinin 10-a yaxın tibbi işçisi vəzifədən azad olunub.

KONKRET.az xəbər verir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1 rentgenoloq, 2 stomotoloq, 3 tibb bacısı, 1 terpaevt öz ərizələri ilə işdən çıxarılıb.

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə vəzifəsindən azad olunanlar arasında mərhum Xalq artisti Telman Adgözəlovun qızı, daxili tibb xidməti kapitanı Aysel Adgözəlova da var.

Qeyd edək ki, FHN-nin Tibb Mərkəzinin rəisi, polkovnik Xanım Sofiyevadır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*