Nazir Zemfira Meftahətdinovanın yerinə rəis təyin etdibackend

Nazir Zemfira Meftahətdinovanın yerinə rəis təyin etdi

Daxili işlər orqanlarında kadr təyinatı olub.

KONKRET.az-ın məlumatına görə, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, dünya çempionu, cüdo üzrə Pekin-2008 Yay Olimpiya Oyunlarının mükafatçısı olmuş polis polkovnik-leytenantı Mövlud Mirəliyev Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin rəisi təyin edilib.

O, bu təyinata qədər DİN-in İdman Cəmiyyətinin baş inspektoru vəzifəsində xidmət edib.

Qeyd edək ki, mayın 30-dək Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin rəisi vəzifəsini Sidney Olimpiya Oyunlarının çempionu Zemfira Meftahətdinova tuturdu.

Qeyd edək ki, 1974-cü il təvəllüdlü tanınmış idmançı 2003-cü ildə Polis Akademiyasında Fiziki Hazırlıq kafedrasının baş müəllimi vəzifəsində işləyib. 2008-ci ildə Çinin Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb. Nailiyyətlərinə görə 2008-ci ildə dövlət baçısının sərəncamı ilə “Tərəqqi” medalı ilə təlitif edilib. Beynalxalq yarışlarda Azərbaycanı təmsil etmiş cüdoçu, uzun illər məşqçi kimi də fəaliyyət göstərib. Şəmkir Olimpiya İdman Kompleksinin direktoru vəzifəsində çalışıb.//Oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*