Nazirdən İrana xəbərdarlıq kimi XATIRLATMA: “Atəşkəs rejimi…”backend

Nazirdən İrana xəbərdarlıq kimi XATIRLATMA: "Atəşkəs rejimi..."

İsrailin müdafiə naziri İsrael Katz ABŞ müdafiə naziri Pit Heqsetlə telefon danışığı aparıb.

KONKRET.az xəbər verir ki, görüş zamanı Katz ABŞ tərəfini əmin edib ki, İsrail mövcud atəşkəs rejiminə sadiqdir və bu rejim yalnız İran tərəfindən pozulmadığı halda davam edəcək.

“Biz bölgədə sabitliyin və təhlükəsizliyin qorunmasında maraqlıyıq. Lakin İran tərəfindən hər hansı təxribat və ya hücum halında İsrail özünü müdafiə etmək hüququnu özündə saxlayır. Atəşkəs rejimi davam edəcək – şərt budur ki, Tehran tərəfindən pozulmasın,” – deyə Katz bildirib.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*