backend

Nazirdən regional idarəyə yeni rəis TƏYİNATI

Xaçmaz Regional Mədəniyyət İdarəsinə yeni rəis təyin edilib.

KONKRET.az xəbər verir ki, bununla bağlı Mədəniyyət naziri Anar Kərimov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsi Vüsal Hüseynova həvalə olunub.

O, bu təyinata qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Quba Rayon Şöbəsinin rəisi vəzifəsində işləyib.

Qeyd edək ki, fevral ayında Mədəniyyət Nazirliyinin Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev işdən çıxarılıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*