Nazirdən Yaşar Nurinin həyat yoldaşının şikayətinə REAKSİYAbackend

Nazirdən Yaşar Nurinin həyat yoldaşının şikayətinə REAKSİYA

Mədəniyyət naziri Anar Kərimov  Xalq artisti Yaşar Nurinin həyat yoldaşı Rəhimə Nuriyevanın şikayətinə reaksiya verib.

KONKRET.az  xəbər verir ki, A.Kərimov “Report”a açıqlamasında məsələ ilə bağlı maraqlanacağını bildirib.

“Bu məsələni yoxlayarıq”, – nazir deyib.

Qeyd edək ki, R.Nuriyeva açıqlamasında aktyorun dünyasını dəyişəndən sonra Mədəniyyət Nazirliyindən zəng olunmadığını bildirib:

“2012-ci ildən bu günə kimi mənim evimə zəng gəlməyib. Nə bayram günü, nə ölən günü… Məndə sual yaranır ki, 40 il həyatını mədəniyyətə qoyan insanın ailəsi ilə Mədəniyyət Nazirliyi niyə maraqlanmır. İş təkcə qərar qəbul etməkdən ibarət deyil axı. Mənəvi dəstək tamamilə başqa şeydir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*