Nazirdən yeni TƏYİNAT – FOTObackend

Nazirdən yeni TƏYİNAT - FOTO

Azərbaycan Texniki Universitetində (AzTU) kadr islahatı olub.

KONKRET.az xəbər verir ki, təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən, Rəşad Kazımov universitetin maliyyə-təsərrüfat işləri üzrə prorektor vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Rəşad Kazımov 1993-1997-ci illərdə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu (indiki Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası) beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr, 1997-1999-cu illərdə isə dünya siyasi prosesləri və beynəlxalq əlaqələr nəzəriyyəsi ixtisasi üzrə magistr pilləsini bitirib.

2003-2006-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin aspiranturasında təhsil alıb. İqtisad üzrə fəlsəfə doktorudur. Rəşad Kazımov hazırkı təyinatına kimi AzTU-nun “İqtisadiyyat və təminat” şöbəsinin müdiri vəzifəsində işləyib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*