Xəbər verdiyimiz kimi, kənd təsərrüfatı naziri Məcnun Məmmədov koronavirusa yoluxub. Belə ki, o, Bakıda keçirilən “Caspian Agro 2025” sərgisi öncəsi test verib və nəticə müsbət çıxıb.
KONKRET.az globalinfo-ya istinadən xəbər verir ki, nazirin səhhəti yaxşıdır və hazırda ev şəraitində müalicə alır.
Məlum olub ki, M.Məmmədov virusa yoluxduğunu yalnız sərgi ilə bağlı verdiyi testdən sonra öyrənib. Ondan əvvəl hər hansı əlamət və ya məlumat olmayıb.
Qeyd edək ki, ötən gün mediaya əvvəlcədən verilən proqramda nazirin sözügedən sərginin açılışında iştirak edəcəyi bildirilib. Lakin M.Məmmədovu müavini Elçin Zeynalov əvəz edib.