“Şairin vəziyyəti ilə maraqlanırıq. Hətta bu barədə mədəniyyət naziri Adil Kərimli ilə də əlaqə saxlamışıq”.
KONKRET.az xəbər verir ki, bu sözləri “Yeni Sabah”a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev şair Əlisəmid Kürün səhhəti ilə bağlı danışarkən deyib.
Onun sözlərinə görə, Mədəniyyət Nazirliyinin əməkdaşı da Ə.Kürə baş çəkib, vəziyyəti ilə maraqlanıb.
“Əlimizdən gələn hər şeyi edirik. Hər şeydən də xəbərdarıq. Lakin bəzi nüanslar var ki, bunlar bizdən asılı deyil. Hər xəstəlik də fərqlidir. Bacardığımız və bizdən asılı olanı edirik”, – Anar Rzayev bildirib.
Qeyd edək ki, Ə.Kürün 71 yaşı var. Sentyabrın 15-də onun səhhətində problemlər yaranıb. Şair Respublika Diaqnostika Mərkəzinə yerləşdirilsə də, daha sonra onun müalicəsi Respublika Klinik Xəstəxanasında davam etdirilmişdi. Ə.Kür oktyabrın 4-də evə buraxılıb. Vəziyyəti ağırdır.