Nazirlər Kabinetinin saytında yenilik edilib.
KONKRET.AZ bildirir ki, bu barədə hökumət sözçüsü İbrahim Məmmədov məlumat verib.
Onun sözlərinə görə, bundan sonra Nazirlər Kabinetinin fəaliyyəti aylıq informasiya bülletenində öz əksini tapacaq: “Artıq hökumətin noyabr ayı üçün informasiya bülleteni saytda yerləşdirilib. Bu buraxılışda ümumi məlumatlar, beynəlxalq əməkdaşlıq və Nazirlər Kabinetinin qərarlarının şərhi verilib”.