Nazirlik vətəndaşlara MÜRACİƏT ETDİbackend

Nazirlik vətəndaşlara MÜRACİƏT ETDİ

“Dünyada yayılmış koronavirusun (COVID-19) ölkəmizdə yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədi ilə həyata keçirilən profilaktik tədbirlər çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (NRYTN) bir sıra əlavə zəruri tədbirlər həyata keçirilir”.

KONKRET.az xəbər verir ki, bu barədə Nazirliyin vətəndaşlara müraciətində bildirilir.

“Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən NRYTN-də vətəndaşların fiziki olaraq qrup və fərdi qəbulları təxirə salınır. Vətəndaşların müraciətlərinin fasiləsiz qəbulu elektron poçt ünvanı: [email protected] və telefon nömrəsi +99412 5983818 (məsul şəxslər Rauf Rzayev və Rəna Hacıyeva, İctimaiyyətlə əlaqələr və vətəndaş qəbulu şöbəsinin əməkdaşları) vasitəsilə həyata keçiriləcək”, – müraciətdə qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*