Nazirlik Xalq artistinin durumu ilə bağlı məlumat yaydıbackend

Nazirlik Xalq artistinin durumu ilə bağlı məlumat yaydı

Bir müddətdir müalicə alan Xalq artisti Ənvər Həsənova yardım ediləcək.

KONKRET.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyinin yaydığı açıqlamada qeyd olunub.

“2023-cü il martın 9-da Xalq artisti Ənvər Həsənovun səhhətində yaranmış problemlərlə əlaqədar mediada getmiş məlumatlarla bağlı bildiririk ki, məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə rəsmi müraciət olunmasa da, məlumat mətbuatda yayımlandıqdan dərhal sonra Ə.Həsənovun ailə üzvləri ilə əlaqə saxlanılmış və onların istəkləri dinlənilmişdir. Bildiririk ki, sözügedən məsələ ilə bağlı Ə.Həsənova müvafiq istiqamətdə mümkün dəstək və köməklik göstəriləcək”, – nazirliyin açıqlamasında bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*