Nazirlikdə işləmək istəyənlərin nəzərinə, 435 iş yeri var – SİYAHIbackend

Nazirlikdə işləmək istəyənlərin nəzərinə, 435 iş yeri var - SİYAHI

Kənd Təsərrüfatı Nazirliyi 435 inzibati vakant dövlət qulluğu vəzifəsinə qəbul üçün müsabiqə üzrə müsahibə elan edib.

KONKRET.AZ xəbər verir ki, yanvarın 13-dən bu vakant vəzifələr üzrə sənəd qəbulu başlayıb. Təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları Dövlət İmtahan Mərkəzinin internet portalında yerləşdirilib.

Müsahibə mərhələsi üzrə qeydiyyat fevralın 11-dək davam edəcək.

Kənd Təsərrüfatı Nazirliyi hüquqşünas, maliyyə, informasiya texnologiyaları, aqrar sahədə ixtisas almış aqronom, bioloq, zooloq, baytar, torpaq üzrə mütəxəssis və zoomütəxəssisləri, maliyyə-təsərrüfat fəaliyyəti üzrə müvafiq ixtisası olan şəxsləri müsahibələrdə iştiraka dəvət edir.

Təqdim olunan vakant vəzifələr Kənd Təsərrüfatı Nazirliyinin Mərkəzi Aparatı, Dövlət Aqrar İnkişaf Mərkəzlərində bitkiçilik və heyvandarlıq sektoru, maliyyə-təsərrüfat sektoru və texniki nəzarətin təşkili sektoru üzrə müəyyənləşib.

Elanla tanış olmaq üçün aşağıdakı linkə daxil ola bilərsiniz:

http://bit.ly/2QSfRm8

http://bit.ly/2G0d6Jf

  • Sehriyar
    Aprel 26, 2020 - 18:11

    Yalan sobeydir inanmiram evde 3kisi oturmusuq karantin baslamamosdan qabag e sosial portalindanda qeydiyatdan kecmisem Mehraliyev Sehriyar ferec oglu Fizuli rayonu isdansa Horadiz seheri. Hal hazirda zabratda kiraye qaliram evdede 6ti neferden ibaretik Dovletdende 190manat meblegini hec bir ale uzvum almayib xayis edirem komek edesiniz 0553518686

Sehriyar üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*