Nazirlikdən Füzulidəki Hacı Ələkbər məscidi ilə bağlı AÇIQLAMA – FOTObackend

Nazirlikdən Füzulidəki Hacı Ələkbər məscidi ilə bağlı AÇIQLAMA - FOTO

Füzuli şəhərindəki Hacı Ələkbər məscidi memar Kərbalayı Səfixanın ilkin işlərindəndir.

KONKRET.az-a Mədəniyyət Nazirliyindən bildilib ki, məscidin giriş qapısı üzərindəki daş kitabədə “Memar Kərbalayı Səfixan Qarabağinin işidir” – sözləri yazılıb.

Kitabədə məscidin tikilmə tarixi də – hicri tarixi ilə 1307-ci il göstərilir.

Bu tarixi miladi təqviminə çevirəndə 1889-1890-cı illərə uyğun gəlir.

1993-cü ildə Füzuli rayonunun Ermənistan tərəfindən işğalından sonra Hacı Ələkbər məscidi yararsız hala salınıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*